Havalandırma sistemləri

Havalandırma sistemləri qapalı obyektlərdə zərərli maddələrin aradan qaldırılması və eləcə də oraya təmiz havanın vurulması üçün nəzərdə tutulmuşdur. Əlavə olaraq havalandırma sistemləri daxil olan havanıtəmizlənməsini və isidilməsini təmin edir.İnsanların daha zəruri qəbul etdikləri kondisionerlərdən fərqli olaraq havalandırma sistemlərini istənilən proektli yaşayış binalarına və ofislərərə quraşdırmaq mümkündür. Beləki, qapalı obyektlərdə və mənzillərdə oksigenin azalması halsızlıq və əmək fəaliyyətinin azalmasına səbəb olur vəhavanın ən az 1 saatlıq dövrlə dəyişdirilməsi tələb olunur. Buna görə də müasir şəraitdə havalandırma sistemləri optimal həyat və iş şəraitinin yaradılması üçün vacib amildir. Belə ki son illər havalandırma sistemlərinə olan tələblər əsaslı şəkildə dəyişməyə başlamışdır. İnsanlar öz sağlamlıqlarına daha məsuliyyətli yanaşır və həyat eləcədə iş şəraitlərinin ekoloji cəhətdən təmiz olmasına çalışır. Heç kim üçün sirr deyil ki, insanın sağlamlığı və əmək səmərəliliyi onun mövcud olduğu yerin atmosfer və iqlim şəraitindən birbaşa asılıdır. Bununla da müasir havalandırma sistemlərində yeni keyfiyyətin meydana cıxmasına zərurət yaranmışdır.Bizim şirkətimiz havalandırma sistemlərinin layihələndirməsi və quraşdırılması sahəsində 10 illik təcrubəsinə əsaslanaraq sizəistənilən proyektli tikililərin yüksək keyfiyyətli müasir təhlükəsizlik normalarına cavab verən avadanlıqlarla havalandırmasının kompleks həllini təklif edir.Layihənin realizasiyası zamanı biz müştərilərimizə müxtəlif qiymətli markaların seçimi imkanı yaradırıq.Həmçinin xüsusi tələb əsnasında havalandırma sistemi müştərininöz dizaynerinin tələblərinə uyğun quraşdırılır.

Havalandırma sisteminin növləri:

Havalandırma sistemləri aşağıdakı meyarlara görə təsnif olunur:

  • Havanın hərəkət etdirilməsi üsuluna görə: Təbii və mexaniki
  • Təyinatına görə : Vurma və sorma
  • Hava dəyişimini təmin etməsinə görə: Ümumidəyişmə, təhlükəsizlik, tüstüsovurma
  • Dizayn və quruluşuna görə: Kanal və Kanalsız

Təbii havalandırma – Təbii havalandırma zamanı havanın hərəkət etməsi aşağıda göstərilənlərə uyğun aparılır:

  • Çöldə və içəridə (otaqlarda) hava hərarətinin təfavütünün, yəni aerasiya adlanan prosesin yaranmasınəticəsində yaranan havalandırma.
  • Atmosfer sütununun aşağı (otaqlar) və yuxarı səthləri (binanın damında quraşdırılan deflektor cihazıvasitəsilə) arasında təzyiq fərqinin yaranması nəticəsində yaranan havalandırma.
  • Küləkdən alınan təzyiqin təsiri nəticəsində yaranan havalandırma

Mexaniki havalandırmaHavalandırmanın bu növü ventilyator və havaverən maşınların istifadəsilə aparılan məcburi havalandırma sistemidir. Mexaniki havalandırma sistemlərində havanı uzaq məsafələrə hərəkət etdirən avadanlıq və cihazlardan istifadə edilir, onların arasında ventilyatorlar, elektrik mühərriklər, hava qızdırıcıları, toz sovuranlar, avtomatika və s. var və onlar böyük miqdarda elektrik enerjisi sərf edə bilirlər. Onlar müəyyən olunan məkandan havanın verilməsini və uzaqlaşdırılmasını tələb olunan miqdarda və ətraf mühitin dəyişən vəziyyətindən asılı olmayaraq təmin edə bilir.

Vurma havalandırma sistemi – Qışda qıza bilməsi yayda isə soyuya bilməsi mümkün olacaq qədər havanın içəri vurulmasını təmin edən havalandırma sistemidir. Bu havalandırma sistemi təmiz havanı içəri vurmaqla yanaşıvurulan havanın təyziqi hesabına içəridə olan işlənmiş hava xaric edir.

Sorma havalandırma sistemi – Sorma havalandırma sisteminin əsas funksiyası içəridə olan tozu, havanın tərkibində olan zərərli qarışımları,pis qoxunu eləcə də dəm qazını sovuraraq kənar edilməsidir. Bu havalandırma adətən damda yerləşdirilir. Bu havalandırma sistemini küləkdən qorumaq üçün adətən qoruyucu təbəqə inşa edilir.

Ümumidəyişmə havalandırma sistemiİşlənmiş havanın sovurulmasının və təmiz havanın vurulmasınının mütəşəkkil axınını təşkil edir. Hava dəyişimi hər otaq üçün ayri xətlə həyata keçirilir və dəyişim zamanıotaqların havaları bir birinə qarışmır.Və bu istənilən təyinatlı otaqların havasının dəyişdirilməsinin ən optimal və əlverişli formasıdır.

Təhlükəsizlik və Tüstüsovurma Tüstüdən müdafiə sistemlərinin əsas məqsədlərindən biri tüstü və zəhərli qazların lokallaşması, təxliyə yollarının boşaldılması və yanğının yarandığı binadanalardan insanların təhlükəsiz təxliyəsini təmin etməkdir. Alovlanma və binalarda tüstünün yayılması bir çox hallarda insanların tələf olmalarına və əmlaklarının çox hissəsinin itirilməsinə səbəb olur. Bununla əlaqədar olaraq, məhz tüstünün insan sağlamlığına zərər gətirdiyindən, bina və tikililərin layihələndirilməsində, mühəndislərin məqsədi havalandırma xəttlərinin və sistemlərinin  diqqətli təhlilini aparmaq və insan sağlamlığının və əmlakının təhlükəsizliyini təmin etmək üçün yanan maddələrin uzaqlaşdırılmasını layihələndirmək olmalıdır.

Mərkəzi kondisioner sistemi (AHU)

Mərkəzi kondisionerlər – bu kondisionerlər soyuq və isti sistemlə təhciz olunublar və bu zaman soyuq havaçillerdən, freon daxili kompressor-kondensator blokundan, isti su isə mərkəzi isitmə sistemindən və ya boylerdən kondisionerə vurulur. Bu kondisionerlər xidmət göstərdikləri otaqlara yaxın yerləşdirilirlər( damda, texniki mərtəbədə və ya zirzəmidə). Kondisionerə havanın girişi və çıxışı və eləcə də otaqlara ötürülməsi hava xətləri ilə reallaşır.Mərkəzi kondisioner sistemi bir neçə bölmədən ibarətdir və hər bir bölmə müəyyən bir funksiyanı yerinə yetirir. Onlar havanı soyutmaq və isitməklə yanaşı onu təmizləyir, qurudur və ya rütubətləndirirvə əlbəttə ki havalandırmanı təmin edir.

Mərkəzi kondisionerlərin funksiyaları:

Mərkəzi kondisionerlər 2 isitilik mübadiləsi avadanlğı ilə təmin edilmişdir ki bu da ilkin havanın emalını təmin edir. Bir mübadilə avadanlığına çillerdən soyuqluqdaşıyan ( məsələn,su ), digərinə isə mərkəzi isitməsistemindən isiti su vurulur. Burada hava ilkin olaraq qızıdırılır və ya soyudulur, sonra isə hava xətti sistemi iləotağa vurulur.

Mərkəzi kondisionerlərin əsas xüsusiyyətləri və üstünlükləri:

  • Bir neçə sistemlə lazım olan temperaturlu təzə havanın vurulması və paylanmasını aparılarkən digər sistemlərdə rütubətliliyi təmin etmək olur.
  • Mərkəzi kondisioner sisteminin imkanları split-sistemlərin və digər tip kondisionerlərin istismar muüddətini artırır
  • Yalnız bir aqreqatdan istifadə olunur və bu binanın daxili fasadının ümümi görünüşünə xərər yetirmir.

Mənzillərin havalandırılması

Hazırda havalandırma mənzillərdə komfortlu və təmiz havanın təşkilinin ayrılmaz hissəsidir. Müasir Tikinti texnologiyaları və plastik pəncərələr içəriyə təmiz havanın daxil olmasına imkansız edir. Ekoloji vəziyyət və bayırda olan səs-küy bu açıq pəncərə ilə havalandırmanın əlverişsiz oldqunu göstərir. Kandisionerlərin mənzilləri havalandırması ilə bağlı fikirlər isə tamamilə yalnışdır. Kondisionerlər otaq temperaturunu tənzimləyir, otağın havasının dəyişməsi havalandırma sisteminin işidir. Havalandırma sistemi olmadan yalnız kondisionerlərdən istifadə yalnız “bürkülü sərinlik” yaradır. Baxmayaraq ki nəfəs almaq asanlaşır havada yenə də oksigen çatişmazlığı olur və bu halsızlıq yaradır həmçinin ümumilikdə sağlamlığa mənfi təsir edə bilir. Buna görə də otaqda həm kondisionerin həm də havalandırma sisteminin olması daha məqsədəuyğundur. Havalandırma sistemi otağı daha təzə, təmiz və oksigenlə bol olan hava ilə təmin edir, kondisioner isə onu soyudaraq daha komfortlu mühit yaradır. Mənzillər üçün daha əlverişli havalandırma Vurma havalndırma sistemidir. Vurma havalandırma sistemi daxil olan havadan nəinki tozu, eləcə də hava ilə birlikdə gələ biləcək pis qoxu və zərərləri qazları təmizləyir. Təmizləndikdən və lazım gələrsə qızdırıldıqdan sonra hava otağa vurulur, işlənmiş hava isə vurulan havanın içəridə yaratdığı təyziq hesabina mətbəxdə olan təbii havalandırma sistemləri və sanitar havalandırma sistemləri vasitəsi ilə kənar edilir.

Ofislərin havalandırılması

Müxtəlif inzibati binaların ofislərində fərqli normativlərə malik iş mühitləri mövcuddur. Ayriliqda hət bir ofi işçisinə 50 kubmetr/saat təmiz hava lazımdır.İşçi heyyətinin sağlamlığı, əhval-ruhiyyəsi, əmək qabiliyyətliliyi ofis yerlərinin havandırmasından da asılıdır. Nəzərə alsaq ki, ədətən, ofis binaları icarə olur və əksər hallarda havalndırma sistemi mövcud olmur, buraya yüksək güclü havalandırma sistemlərinin çəkilməsi məqsədəuyğun deyil. Buraya sökülməsi və yığılması rahat olan tək otaqlar üçün kompakt havalandırma sistemi quraşdırmaq daha məqsədəuyğundur.Ofis yerinin dəyişməsi zamanı bu havalandırma sistemini bir qisa bir müddətdə söküb, yeni ofisə quraşdırmaq mümkündür.Həmçinin nəzərə alsaq ki, ofislərin əksər hissəsi şəhərlərdə yerləşir, buraya daxil olan havanın yalnız tozdan deyil ələcə də zərərli qazlardan və iylədən təmizləmə funksiyası olan havalandırma sistemi tələb olunur.